Ermənistanda qış çağırışı 2026-cı il fevralın 13-dək uzadılıb

2018/12/15041-1545914415.jpg
Oxunub: 314     11:33     29 Yanvar 2026    
Ermənistanda 2025-ci ilin qış çağırışının keçirilmə müddəti yanvarın 31-dən 2026-cı il fevralın 13-dək uzadılıb.

Ordu.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, müvafiq qərar Ermənistan hökumətinin bugünkü iclasında qəbul edilib.

Qərarın əsaslandırılmasında bildirilir ki, bu addım 2025-ci ilin qış çağırışı çərçivəsində çağırışa cəlb olunan şəxslərin sağlamlıq vəziyyətinin müayinəsinin başa çatdırılması və nəticələrə əsasən onların çağırış statusunun dəqiqləşdirilməsi məqsədi daşıyır.

Beləliklə, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, 2025-ci ilin qış çağırışına cəlb olunan şəxslərə əsassız möhlətlərin verilməsi və ya onların tibbi müayinəsinin 2026-cı ilin yay çağırışına keçirilməsi halları istisna ediləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qış-çağırışı  


Bizi "telegram"da izləyin