Erməni komandir: “Yerablur”a nadir hallarda gedirəm, məğlubiyyətdən dərs çıxarmamışıq”

2026/01/df1sd-1769671939.jpg
Oxunub: 470     11:31     29 Yanvar 2026    
“Mən “Yerablur”a çox nadir hallarda gedirəm, çünki bilmirəm gedib o oğlanlara nə deyim”.

Ordu.az xəbər verir ki, bunu keçmiş erməni döyüşçü, komandir Arkadi Karapetyan deyib.

“Mən gedib Bekora, ya da Leonid Azqaldyana nə deyim, Duşman Vardanın qarşısında nə deyim?

Bizim yeganə dostumuz öz ordumuzdur, yəni öz gücümüzdür. Bu gün ordu olmadan heç nə etmək mümkün deyil. Deyirlər ki, məğlub olmuşuq, amma yeni imkanlar qazanmışıq. Bu, nonsensdir, dünyada belə şey yoxdur. Bəs niyə başqa məsələlərdə deyirsiniz ki, qabaqcıl olun, təhsil alın, olimpiadalarda uşaqlarımız qalib gəlsin. Əgər uşaq qalib gəlməli olduğunu düşünməsə, o, necə gedib olimpiadada qalib olacaq? Biznesdə də eynidir, qalib ruhun yoxdursa, biznesdə necə qalib gələcəksən? İndi bu düşmən dünyada möhkəm olmasaq, qalib gələ biləcəyimizi düşünməsək, nə edə bilərik? Heç nə. Əgər ordun yoxdursa və ya ordun zəifdirsə, heç bir məsələni normal şəkildə razılaşma yolu ilə həll edə bilməzsən, başqaları sənin maraqların baxımından qərar verəcək”, - deyə o bildirib.

Karapetyan qeyd edib ki, erməni xalqı məğlubiyyətdən dərs çıxarmayıb.

“Əgər dərs çıxarmış olsaydıq, indi heç bir təxribata, heç bir parçalanmaya getməzdik. Birləşmiş, möhkəm, bir-birini sevən və hörmət edən böyük bir birlik olardıq, öz problemlərini həll edər və öz maraqları naminə hər yerdə mübarizə aparardıq. Mən sizi inandırıram ki, biz bu vəziyyətə çatsaq, indiki imkanlarımız bütün məsələləri həll etməyə kifayət edər”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Karapetyan   Ermənistan  


Bizi "telegram"da izləyin