“Azərbaycan hərbi imkanlar anbarıdır, ona görə də silahlanır” - Zakaryan

2026/01/1769667254.jpg
Oxunub: 457     10:11     29 Yanvar 2026    
“Təhlükəsizlik illüziyası arxasında gizlənməklə təhlükəsizlik problemləri aradan qalxmır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının icra orqanının üzvü, Ermənistan müdafiə nazirinin keçmiş birinci müavini Artak Zakaryan deyib.

Onun sözlərinə görə, bu gün Ermənistanda dövlət qarşısında, hakimiyyətin daxili auditoriyanı manipulyasiya edərək yenidən seçilməsi problemindən başqa, adekvat heç bir məsələ qoyulmayıb.

“Regionda apardıqları siyasət nəticəsində Ermənistanı maraqların toqquşduğu mərkəzə çeviriblər, dövlətçiliyə təhdid yaradan risklər formalaşdırıblar.

Bu gün heç kim, nə ABŞ, nə Avropa, nə də Rusiya bizə təhlükəsizlik zəmanəti verməyib. Qonşu dövlətimiz İran ətrafında vəziyyət gərgindir, ikinci toqquşma mərhələsi mümkündür. Dörd sərhədimizdən ikisi bağlıdır, biri isə təhlükə altındadır. Biz öz təhlükəsizliyimizi, xüsusilə də şərq sərhədimizi özümüz təmin etməyi bacarmalıyıq. İranla sərhəddə proqnozlaşdırıla bilən səviyyədə nəzarətli olmalıyıq. Silahlı Qüvvələrimizin vəzifəsi şərq sərhədlərimiz üzərində nəzarəti daha da gücləndirməkdir, çünki 6 ay sonra nə olacağını heç kim bilmir. Yalnız hazır olmaqla sülhü və təhlükəsizliyi qoruya bilərik”, - deyə Zakaryan qeyd edib.

Zakaryan bildirib ki, bu şərtlərdə bir də üstəlik regiondakı geniş problemlərin içinə girib heç nə qazanmamaq, yumşaq deyilsə, ağıllı yanaşma deyil.

“Azərbaycan Xəzər regionu üçün əlverişli olan coğrafi məkanda yerləşir və bundan əlavə, türkdilli ölkələr arasında birləşdirici körpü ola bilər. Azərbaycan coğrafi mövqeyinə görə yaxşı dayaq nöqtəsidir. Bu baxımdan Azərbaycanın ambisiyaları var və onların reallaşmasına Ermənistan mane olur. Azərbaycan hərbi imkanlar anbarıdır, ona görə də silahlanır. Azərbaycan region ölkələri üçün əhəmiyyət qazanıb. Məhz buna görə Azərbaycan silahlanır və bu, təkcə bizə qarşı deyil”, - deyə o qeyd edib.

Zakaryan vurğulayıb k, Ermənistanın problemi mümkün olan bütün müttəfiqlərlə regionun təhlükəsizlik məsələlərində iştirak etməkdir.

“Biz həm də müttəfiqlərimizin təhlükəsizliyinə görə məsuliyyət daşımalıyıq.

Qoy yenə də adını sülhə gedən yol qoysunlar, amma bu o demək deyil ki, qarşımıza çıxan bütün çağırışları qucaq açaraq qəbul etməliyik. Bu hakimiyyətin etdikləri xalqın gözünə kül üfürmək, səs qazanmaq üçündür. Sülhdən yenə danış, amma bu, sənə ölkənin təhlükəsizlik sistemini zəiflətmək hüququ vermir. Onlar xalqın istədiyini deyirlər, amma tam əksini edirlər. Bugünkü dünyada ayıqlıq son dərəcə vacibdir. Dünyada artıq Helsinkidə qəbul edilmiş yekun aktla formalaşmış status-kvo yoxdur. Qaynar, fasiləsiz silahlanan bir dünyada biz sülhdən danışırıq. Bu, normal deyil. Rusiya nə üçün müharibə aparır, sülh üçün? Avropa niyə müharibəyə cəlb olunub? Elə həmin sülh üçün. Sən öz xalqının həyati tələbatlarını təmin etməlisən, amma bunu xalqı türklərdən və azərbaycanlılardan asılı vəziyyətə salmaq hesabına etməməlisən”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zakaryan   Ermənistan  


Bizi "telegram"da izləyin