Ordu.az xəbər verir ki, bunu erməni siyasi elmlər doktoru, tarixçi Armen Ayvazyan “Facebook” səhifəsində yazıb.
“Lakin nə qədər əksini iddia etsələr də, xəyanətkarlar və sadəlövhlər desələr də, “erməni müharibəsi” başa çatmayıb. O, sadəcə siyasi, demoqrafik və iqtisadi cəbhələrə keçib.
Hər şey hələ qarşıdadır. Əsl sülh hələ qazanılmalıdır. Xatırlayaq, ayıq-sayıq hesablayıb vəziyyəti qiymətləndirək və ən əsası, hazırlaşaq, hazırlaşaq, hazırlaşaq. Başqa yol yoxdur”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az