Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, aydındır ki, səfərin əsas məqsədi TRIPP-in (Zəngəzur dəhlizi-red.) işə salınması olacaq.
“Ehtimal edilir ki, birgə şirkətin yaradılması ilə bağlı saziş imzalansın və həmin şirkətdə payların 74 faizi ABŞ tərəfinə, 26 faizi isə Ermənistana məxsus olsun.
Lakin TRIPP Vensin diqqət mərkəzində olacaq yeganə istiqamət deyil. Hakimiyyət dəhlizlərində o da müzakirə olunur ki, Ermənistanın modul atom elektrik stansiyasının tikintisini ABŞ-yə həvalə etməsi barədə sənəd də imzalana bilər. Bu mövzu artıq bir neçə ildir ki, hakimiyyətin gündəmindədir”, - deyə KİV bildirib.
Nəşr qeyd edib ki, bu istiqamətdə Rusiya da təklif təqdim edib.
“Təbii ki, qərar siyasi olacaq. Qərb və ABŞ Rusiya Federasiyasını regiondan sıxışdırıb çıxarmaq planlarının bir hissəsi kimi “Metsamor” atom elektrik stansiyasının bağlanmasını və modul atom elektrik stansiyalarının tikintisini nəzərdən keçirirlər”, - deyə nəşr vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az