Azərbaycan ötən il müdafiə və milli təhlükəsizlik xərclərini 23 % artırıb

2019/04/34534-1554098863.jpg
Oxunub: 644     15:13     28 Yanvar 2026    
2025-ci ildə Azərbaycanın dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 96,1 % və yaxud 8 milyard 068,2 milyon manat icra olunub.

Ordu.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 22,9 % və yaxud 1 milyard 506 milyon manat çoxdur.

Hesabat dövründə müdafiə və milli təhlükəsizlik xərcləri faktiki xərclərin 20,9 %-ni təşkil edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Müdafiə   Milli-təhlükəsizlik-xərcləri  


Bizi "telegram"da izləyin