Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan ordusu günü münasibətilə “Yerablur”da jurnalistlərlə söhbətində hakim “Vətəndaş Müqaviləsi” partiyasından uzaqlaşdırılmış erməni deputat Hakob Aslanyan müdafiə naziri Suren Papikyanın indiyədək görünməmiş həcmdə silah və sursat alındığı barədə açıqlamasına münasibət bildirərkən deyib.
Pul qarşılığında hərbi xidmətdən azad olunma və ya qısa müddətli xidmət məsələsinə toxunan Aslanyan deyib: “Biz başqa bir proqram təqdim etmişdik. Pul verib ordudan azad olunmasına qarşı olmuşuq. Hamı ən azı 6-8 ay xidmət etməlidir ki, əsgər olmağı öyrənsin, bundan sonra isə özü qərar versin, xidmət etmək istəyir, ya yox.
1,5 il xidmətə gəldikdə isə, mən deyərdim ki, hətta daha az olmalıdır, çünki biz peşəkar orduya doğru gedirik. O altı-səkkiz ay ona görə lazımdır ki, həmin şəxs, gənc sadəcə hərbçi yox, əsl əsgər olsun”.
Öz növbəsində, hakim partiyadan uzaqlaşdırılmış erməni deputat Hovik Ağazaryan bildirib: “Bizim qonşu dövlətlərə qarşı heç bir ərazi və ya başqa iddiamız yoxdur. Ona görə də hərbi xərclərimizi müdafiə xarakterli məsələlərin həllinə yönəltməliyik. Əgər bütün bunlar düzgün idarə olunarsa, mütləq eyni səviyyədə vəsait xərcləmək vacib deyil. Hətta bir neçə dəfə az vəsait qoymaqla mövcud problemləri həll etmək olar. Heç olmasa, o paritet qorunmalıdır.
Biz unutmamalıyıq ki, münasibətləri tədricən yaxşılaşdırmalı olduğumuz qonşularımız öz yüzillik planlarından imtina etməyiblər. Ona görə də biz əks-təsirə hazır olmalıyıq. Qoy benzin də gətirsinlər, buğda da gətirsinlər, nə istəyirlər etsinlər”.
Alpər Mövludoğlu
Ordu.az