Ordu.az xəbər verir ki, bunu bu gün “Yerablur” hərbi məzarlığında jurnalistlərlə söhbətində müxalif “Hayastan” fraksiyasının deputatı, Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan deyib.
Erməni deputatın sözlərinə görə, bu silahlar genişmiqyaslı hərbi təlimlər zamanı sınaqdan keçirilməlidir.
“Biz döyüş uzlaşmasını təmin etməli və həmin silahları mövcud sistemə inteqrasiya etməliyik”, - deyə Ohanyan bildirib.
O qeyd edib ki, dövlət tərəfindən lazımi diqqət göstərilərsə, Ermənistan ordusu belini ilk doğruldan dövlət institutu olacaq və döyüş qabiliyyətini tam bərpa edəcək.
Alpər Mövludoğlu
Ordu.az