Ermənistanın sabiq müdafiə naziri: “Azərbaycan xüsusi təyinatlı bölmələr yaradır, Ermənistan isə polisi gücləndirir”

2023/04/1682146120.jpg
Oxunub: 399     14:10     28 Yanvar 2026    
“Azərbaycan xüsusi təyinatlı qüvvələrini gücləndirərək demək olar ki, hər gün yeni xüsusi təyinatlı bölmələr yaratdığı bir vaxtda, Ermənistan polisi gücləndirir”.

Ordu.az xəbər verir ki, bunu bu gün “Yerablur” hərbi məzarlığında jurnalistlərlə söhbətində müxalif “Hayastan” fraksiyasının deputatı, Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan deyib.

O, hakimiyyətin yeni silah növlərinin alınması ilə öyünməsini yersiz adlandırıb.

“Şəxsən mən hesab edirəm ki, son beş il vaxt itkisi olub. Daha çox iş görmək mümkün idi. Məsələn, yeni milli təhlükəsizlik strategiyası hazırlamaq və orduda yeni çağırışlara uyğun struktur dəyişiklikləri aparmaq olardı. Rəqib hər gün yeni xüsusi təyinatlı bölmələr yaradır. Bunun əvəzində isə Ermənistan xüsusi təyinatlı polis qüvvələri formalaşdırır”, - deyə Ohanyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ohanyan   Ermənistan  


Bizi "telegram"da izləyin