Ordu.az xəbər verir ki, bunu bu gün “Yerablur” hərbi məzarlığında jurnalistlərlə söhbətində müxalif “Hayastan” fraksiyasının deputatı, Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan deyib.
Erməni deputat, xüsusilə KTMT-nin baş katibi Yuri Xaçaturovun həbsini xatırladaraq bunu öz ittihamlarının sübutu və əsaslandırması kimi təqdim edib.
Praqada əldə olunmuş razılaşmaya gəlincə, Ohanyan onu erməni xalqı üçün rüsvayçılıq adlandırıb.
“Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla danışıqların çoxillik təcrübəsini və potensialını, eləcə də “Qarabağ uğrunda mübarizə”ni sıfırladı”, - deyə Ohanyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az