Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan ordusu günü münasibətilə “Yerablur”da jurnalistlərlə söhbətində Ermənistanın Qarabağ müharibəsi veteranları birliyinin sədri, “Hayakve” şurasının üzvü, erməni ictimai xadim Qriqor Qriqoryan deyib.
Yanvarın 27-nin ölmüş erməni hərbi qulluqçuların xatirə günü elan edilməsinə toxunan Qriqoryan deyib: “Bu hakimiyyət heç bir şeyi elə-belə etmir, daha doğrusu, hər şeyi diktə ilə edir. Xalqa da elan etmirlər ki, bu hansı gündür. Sadəcə deyirlər ki, xatirə günüdür.
Bu gün niyə hakimiyyət nümayəndələri burada deyillər, dünən gəlmişdilər, yəni Holokostu qeyd edirdilər? Qoy qeyd etsinlər, onların az vaxtı qalıb, çox az vaxtları qalıb”.
Alpər Mövludoğlu
Ordu.az