Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Demokratik Alternativ” partiyasının sədri, erməni politoloq Suren Surenyants deyib.
“Bacarıqlı rəhbər istədiyi nəticələrə diplomatik yollarla çatır, ölkəsinin təhlükəsizliyini təmin edir. Bu gənclər onun üçün sınaq meydanı deyildi ki, onları qurban versin, sonra da gözləri açılsın və avantürizminin nəticələrini real həyatda görsün. 44 günlük müharibənin qarşısını tamamilə almaq mümkün idi, elə bir siyasət aparmaq olardı ki, bu qurbanlar olmasın”, - deyə Surenyants bəyan edib.
Erməni politoloq xatırladıb ki, müharibədən əvvəlki dövrdə, xüsusilə 2019-cu ildə Ermənistan rəhbərliyinin ATƏT-in Minsk qrupunun təklifləri əsasında Qarabağ problemini kompromis variantla həll etmək imkanı olub, lakin Paşinyan bu təklifi rədd edib.
Onun sözlərinə görə, Nikol Paşinyan həqiqətən də korlanmış vəziyyətdə idi və özünü Böyük Tiqran kimi görmək ehtirası ilə yaşayırdı, lakin görünən odur ki, gözlərini “Tsran Verqo” statusunda açıb.
“Ən ağrılı məqam odur ki, Nikol Paşinyanın Böyük Tiqrandan Tsran Verqoya transformasiyası dövründə biz minlərlə itki verdik. O, öz avantürist ambisiyalarını təmin etmək üçün insan həyatını mərcə qoydu. Ümumiyyətlə, mən sadəcə olaraq hansı üzlə ölənlərin günündə danışdığını mənəvi ölçü ilə anlaya bilmirəm. Bir daha təkrar edirəm: bu insanlar onun siyasətinin qurbanlarıdır. Bu qurbanlar olmaya da bilərdi”, - deyə Surenyants qeyd edib.
Ermənistan Xarici Kəşfiyyat Xidmətinin 2026-cı il üçün illik hesabatında yer alan, 2025-ci il avqustun 8-də Vaşinqton razılaşmalarından sonra Azərbaycan-Ermənistan hərbi eskalasiyasının demək olar ki, mümkünsüz hala gəldiyi barədə proqnoza münasibət bildirən erməni politoloq xatırladıb ki, ekspansiyanın bir neçə forması var.
Surenyants həmçinin vurğulayıb və xəbərdarlıq edib ki, Ermənistanın Seçki Məcəlləsinə edilən son dəyişiklik, seçkilərdə müşahidə missiyalarının fəaliyyətini məhdudlaşdırmaq məqsədi daşıyan və “Mülki Müqavilə” fraksiyasından bir qrup deputatın təşəbbüsü ilə, tələsik və parlament, eləcə də ictimai dinləmələr olmadan qəbul edilən bu dəyişiklik bütün seçki prosesini şübhə altına qoya bilər.
Alpər Mövludoğlu
Ordu.az