Finlandiya hərbi kəşfiyyatı: Rusiya Ermənistan və Azərbaycan arasında münaqişənin tənzimləyicisi rolunu itirib

2026/01/1769536799.jpg
Oxunub: 481     21:58     27 Yanvar 2026    
Rusiya Ermənistan və Azərbaycan arasında münaqişənin tənzimləyicisi rolunu itirib.

Ordu.az xəbər verir ki, bu barədə Finlandiyanın hərbi kəşfiyyatının 2026-cı il üçün hazırladığı icmalda bildirilib.

İcmalda qeyd olunurb ki, Rusiya hələ də Cənubi Qafqazda mühüm oyunçu olaraq qalır, lakin onun təsiri azalıb: “Moskva Ermənistan və Azərbaycan arasında münaqişənin tənzimləyicisi mövqeyini itirib və hər iki ölkənin Rusiya ilə münasibətləri zəifləyib”.

Digər tərəfdən, Finlandiyanın hərbi kəşfiyyatının məlumatına görə, Gürcüstan siyasi baxımdan Rusiyaya daha da yaxınlaşıb.

İcmalda vurğulanır: “Rusiyanın əsas məqsədi, yəni qlobal təsirini artırmaq dəyişməz olaraq qalır. Rejim Qərbi təhdid kimi görür və onu zəiflətməyə çalışır, bu məqsədlə Ukraynadakı müharibədən, digər münaqişələrdən və düşmən xarakterli hibrid təsir vasitələrindən alət kimi istifadə edir. Rusiyanın diqqəti keçmiş Sovet İttifaqı məkanına, xüsusilə də Ukrayna müharibəsinə yönəlib və o, bu müharibəni digər məqsədlərinə nail olmaq hesabına aparır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   Rusiya   Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin