Gürcüstanın Baş naziri Qazaxıstana rəsmi səfərə gedib

2026/06/1782732286.jpg
Oxunub: 201     15:19     29 İyun 2026    
Gürcüstanın Baş naziri İrakli Kobaxidze rəsmi səfərlə Qazaxıstan Respublikasına gedib.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.

Məlumata görə, Astana Beynəlxalq Hava Limanında Gürcüstan hökumətinin başçısını Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev qarşılayıb.

Qeyd edilir ki, bu gün Qazaxıstanın Müstəqillik Sarayında İrakli Kobaxidzenin rəsmi qarşılanma mərasimi keçiriləcək. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Gürcüstanın Baş nazirini qəbul edəcək. Təkbətək və geniş tərkibdə görüşlərin keçirilməsi, daha sonra isə iki ölkənin aidiyyəti qurumları arasında müxtəlif sahələrdə əməkdaşlığa dair sazişlərin imzalanması nəzərdə tutulur.

Rəsmi səfər çərçivəsində Gürcüstanın Baş nazirinin Qazaxıstanın Baş naziri Oljas Bektenovla da görüşü keçiriləcək. Görüşdə hər iki ölkənin Nazirlər Kabinetinin üzvləri iştirak edəcəklər.

İrakli Kobaxidze Qazaxıstana vitse-premyer, xarici işlər naziri Maka Boçorişvili, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonğulaşvili, həmçinin hökumət administrasiyasının rəhbəri Levan Jorjolianinin daxil olduğu nümayəndə heyəti ilə birlikdə səfər edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Qazaxıstan  


Bizi "telegram"da izləyin