Ordu.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Qeyd edilib ki, görüş dostluq şəraitində keçib. İştirakçılar beynəlxalq gündəmin aktual mövzuları ətrafında fikir mübadiləsi aparıblar, 2025-ci ildə Avrasiya inteqrasiya birlikləri çərçivəsində çoxtərəfli əməkdaşlığın nəticələrini yekunlaşdırıblar.
Bildirilib ki, qarşıdakı dövr üçün perspektiv vəzifələr müəyyən edilib, o cümlədən xarici siyasətin əlaqələndirilməsinin gücləndirilməsi, ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyətin artırılması və regional təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə olunub.
Alpər Mövludoğlu
Ordu.az