Tramp Ukraynaya "Patriot"lar üçün raketlərin göndərilməsinin mümkünlüyünü etiraf edib

2025/06/1749876321.jpg
Oxunub: 375     02:09     28 İyun 2025    
ABŞ Prezidenti Donald Tramp Ukraynaya Amerikanın “Patriot” zenit-raket kompleksləri üçün mərmilərin göndərilməsinin mümkünlüyünü etiraf edib.

Ordu.az-ın xəbərinə görə, bunu o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Trampdan Ukraynaya “Patriot” raketlərinin göndərilməsi imkanını nəzərdən keçirib-düşünmədiyini və bu məsələ ilə bağlı yekun qərarın artıq qəbul edilib-edilmədiyini soruşulub. "Mən (raket göndərə -red) bilərəm", - dövlət başçısı cavab verib.

O, Qəzza zolağında atəşkəsin vaxtı barədə də danışıb.

“Gələn həftə ərzində (Qəzzada-red) atəşkəsə nail olacağımızı düşünürük”, - Tramp suala cava verərkən deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Ukrayna   Patriot  


Bizi "telegram"da izləyin