Gürcüstan və Qazaxıstan arasında strateji tərəfdaşlıq haqqında bəyanat imzalanıb

2026/06/1782745570.jpg
Oxunub: 176     19:01     29 İyun 2026    
Gürcüstan və Qazaxıstan arasında strateji tərəfdaşlıq haqqında bəyanat imzalanıb.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bəyanat ölkələr arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini nəzərdə tutur.

Sənədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qol çəkiblər.

Bununla yanaşı, Gürcüstan və Qazaxıstanın aidiyyəti qurumları arasında mədəniyyət, informasiya texnologiyaları və turizm sahələrində əməkdaşlığa dair anlaşma memorandumları da imzalanıb.

İmzalanan sənədlərin iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da genişlənməsinə, eləcə də strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəyi bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Qazaxıstan  


Bizi "telegram"da izləyin