Ordu.az xəbər verir ki, hazırlıq prosesi texnoloji müstəqillik və inteqrasiya baxımından Ukrayna müdafiə sənayesi üçün strateji addım kimi qiymətləndirilir.
KDA prezidenti Eirik Li “Euractiv”ə verdiyi müsahibədə bildirib: “Hazırda Ukraynada bir şirkət qururuq. Ukrayna sənayesi ilə birgə müəssisə yaratmaq üçün sıx danışıqlar aparırıq. Prioritet məqsədimiz, hava hücumundan müdafiə sistemimiz üçün Ukraynada raket istehsalını artırmaq və bu texnologiya üzərində formalaşmaqdır”.
Li “kütləvi istehsala keçməyi, yəni yüzlərlə raket istehsal etməyi” planlaşdırdıqlarını və birgə müəssisənin qarşıdakı bir neçə ay ərzində yaradılacağını bildirib.
Ukraynanın hal-hazırda hazırladığı bir neçə qısa və orta mənzilli müdafiə raketi mövcuddur:
“Coral”, R-27 və UP-277 kimi modellər qiymətləndirilir.
Məsələn, UP-277 təqribən 80 km mənzilə malikdir və AMRAAM ilə oxşar sahəni əhatə edir.
R-27 raketi mövcud NASAMS konteynerlərinə ölçü baxımından uyğunlaşdırıla bilər.
Alternativlər arasında yeni, radar idarəetməli, gizli (stealth) müdafiə raketi hazırlamaq ehtimalı da masadadır.
KDA tərəfi yerli istehsalın ABŞ istehsalı olan AIM-120/9X/AMRAAM-ER kimi baha alternativlərlə müqayisədə ciddi xərc üstünlüyü verəcəyini vurğulayır. Şirkət nümayəndəsi İvar Simensen bildirib ki, bu raket “AIM-120-dən daha az mürəkkəb, lakin kütləvi istehsala yönəlmiş” olacaq.
Layihə hərbi strategiya baxımından uzunmüddətli planlaşdırılır. Li qeyd edib: “Müharibə bitdikdən sonra Ukrayna müdafiə sənayesi hava müdafiə raketlərinin təchizat zəncirinin bir hissəsinə çevrilə bilər”.
Ukrayna müdafiə naziri Rustem Umerov 2025-ci ilin yanvarında KDA rəsmiləri ilə görüşündə prosesi təsdiqləmişdi: “Tərəflər yerli hava müdafiə elementlərinin NASAMS-a inteqrasiyasını analiz etdilər ki, bu da sistemin effektivliyini artıracaq”.
Sevinc Əliyeva
Ordu.az