Rutte: "NATO müdafiə xərclərinin ÜDM-in 5 %-nə qədər artırılmasını təsdiqləyib"

2025/04/1743851275.jpg
Oxunub: 391     18:12     25 İyun 2025    
NATO liderləri Haaqa İnvestisiya Proqramının qəbul edilməsi barədə razılığa gəliblər. Bunun da əsas tərkib hissəsi müdafiə xərclərinin ÜDM-in 5 %-nə qədər artırılmasıdır.

Ordu.az-ın məlumatına görə, bunu sammit yekunlarına dair mətbuat konfransında NATO-nun baş katibi Mark Rutte bildirib.

Onun sözlərinə görə, qəbul edilmiş qərar alyans üzvlərinin xərclərinin və onun büdcəsinə qoyulan vəsaitlərin 2035-ci ilə qədər iki dəfə artırılması deməkdir.

"Bu gün alyans ölkələri daha güclü, ədalətli və səmərəli NATO üçün səs verdilər. Beləliklə müdafiə sənayemiz güclənəcək. Bu da təkcə təhlükəsizliyimizi artırmayacaq, həm də iş yerləri yaradacaq", - baş katib qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rutte   NATO  


Bizi "telegram"da izləyin