Qətər İran və İsrail arasında atəşkəs fonunda Qəzza ilə bağlı danışıqlara çağırıb

2025/06/1750691711.jpg
Oxunub: 356     16:50     25 İyun 2025    
İran və İsrail arasında əldə olunmuş atəşkəs Qəzza ilə bağlı yeni danışıqlara təkan verir.

Ordu.az-ın məlumatına görə, bu barədə “The Times of Israel” Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Məcid Əl-Ənsariyə istinadən xəbər verir.

"İndi ABŞ Prezidenti Donald Trampın təşəbbüs göstərməsi üçün ən yaxşı vaxtdır. Biz bu məsələdə kömək etməyə hazırıq", - Ənsari bildirib.

"İran və İsraildə atəşkəs danışıqlara təkan verdi. Lakin biz hələ çətin vəziyyətdən çıxmamışıq. İndi müzakirə edə bilmədiyim bir çox detallar var, lakin onu deyə bilərəm ki, bunlar danışıqlar zamanı daim dəyişən məsələlərdir", - o qeyd edib.

Ənsari həmçinin İranın Qətər ərazisindəki ABŞ bazasına endirdiyi zərbələri ölkəsinin Tehranla "münasibətlərinə zərbə" adlandırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   İran   İsrail  


Bizi "telegram"da izləyin