Ordu.az xəbər verir ki, Britaniya hökuməti “Milli Təhlükəsizlik Strategiyası 2025: Təhlükəli Dünyada Britaniya Xalqının Təhlükəsizliyi” adlı yeni təhlükəsizlik, müdafiə və xarici siyasət strategiyasını dərc edib.
Sənəddə Türkiyənin Böyük Britaniya üçün əhəmiyyəti vurğulanır. “Qara dəniz, Qafqaz, Yaxın Şərq və Afrikanın kəsişməsində yerləşən Türkiyə Britaniyanın Avropada və NATO-nun cinahlarında təhlükəsizlik maraqları üçün vacibdir, güclü hərbi inteqrasiya və müdafiə sənayesi əməkdaşlığı vasitəsilə Britaniya üçün əsas NATO müttəfiqi və ikitərəfli tərəfdaşdır”, - deyə sənəddə qeyd edilir.
Sənəddə Rusiya və İranın yaratdığı təhdidlər xüsusilə vurğulanıb, eyni zamanda bəzi düşmən ölkələrin Britaniyanın enerji və təchizat zəncirlərini hədəfə ala biləcək potensial hücumlar üçün zəmin hazırladığına diqqət çəkilib.
“Britaniya ərazisinin birbaşa təhdid olunma ehtimalı”na diqqət yetirən hesabatda bu ssenariyə qarşı ölkə daxilində hərtərəfli hazırlıq görülməsinə çağırış edilib.
Sənəddə deyilir: “Uzun illərdə ilk dəfə olaraq, Britaniyanın vətəninin potensial olaraq müharibə ssenarisində birbaşa təhlükə altına düşə biləcəyi ehtimalına fəal hazırlaşmalıyıq”.
Sənəddə yeni təhlükəsizlik strategiyası çərçivəsində geniş ictimaiyyətin hazırlığını yoxlamaq üçün illik təlimlərin keçiriləcəyi, elektrik stansiyaları və su təchizatı kimi mühüm infrastruktur obyektlərinin mühafizəsi tədbirlərinin də artırılacağı qeyd edilib.
Sevinc Əliyeva
Ordu.az