"İranın nüvə proqramı daha sürətlə irəliləyəcək" – Qalibaf

2025/03/1741522604.jpg
Oxunub: 295     11:24     25 İyun 2025    
İranın dinc məqsədli nüvə proqramı daha sürətli şəkildə irəliləyəcək.

Ordu.az-ın məlumatına görə, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf parlamentin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, İsrail və ABŞ-nin İrana hücumları zamanı Atom Enerjisi üzrə Beynəlxalq Agentlik hətta vizual olaraq İranın nüvə mərkəzlərinə hücumu qınamayıb.

Qalibaf deyib ki, bu isə AEBA-nın beynəlxalq imicinə zərbə vurdu. İran həmin səbəbə nüvə mərkəzlərinin təhlükəsizliyinə zəmanət vermək üçün AEBA ilə əməkdaşlığı dayandırır.

Qeyd edək ki, İran parlamenti 25 iyunda İran ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında əməkdaşlığı dayandıran layihəni qəbul edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qalibaf   İran  


Bizi "telegram"da izləyin