İranda İsrailin xeyrinə casusluqda ittiham olunan üç nəfər edam edilib

2025/06/1749545747.jpg
Oxunub: 286     11:04     25 İyun 2025    
İran hakimiyyəti çərşənbə günü İsrailin "Mossad"a casusluq etməkdə və ölkədə yüksək vəzifəli şəxsin qətlinin hazırlanmasında ittiham olunan üç nəfərin edam edildiyini elan edib.

Bu barədə Ordu.az İran mediasına istinadən xəbər verir.

Mənbəyə görə, edam edilən şəxslər (İdris Əli, Azad Şöcai və Rəsul Əhməd) təxribat törətmək üçün nəzərdə tutulan avadanlıqları spirtli içki partiyasının altında gizlədərək qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərərkən həbs olunublar.

Hesabatlarda həmçinin qeyd olunub ki, İranın təhlükəsizlik və kəşfiyyat xidməti orqanları 12 gün ərzində 700-dən çox insanı casusluqda və İsraillə əməkdaşlıqda ittiham edərək həbs ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Edam  


Bizi "telegram"da izləyin