Ordu.az-ın məlumatına görə, bunu Qvadelupa Kommunist Partiyasının idarə heyətinin üzvü, Port-Luis bələdiyyə şurasının üzvü Viktor Arteyn (Victor Arthein) Bakıda keçirilən "Qvadelupadakı dekolonizasiyaya doğru: Çağırışlar və perspektivlər" mövzusunda beynəlxalq tematik konfransda çıxışı zamanı bildirib.
"Qvadelupada köləlik yox olmayıb, sadəcə formasını dəyişib. Biz hələ də Fransadan iqtisadi və siyasi asılılıq vəziyyətindəyik. Bütün idxal və ixrac sistemi kənardan idarə olunur. Bizim həqiqi müstəqilliyimiz yoxdur - nə siyasi, nə də iqtisadi", - deyə o qeyd edib.
Ordu.az