Ordu.az xəbər verir ki, “Highfield İnteqrasiyası Müəssisəsi” adlandırılan bu obyekt şirkətin ABŞ və müttəfiq qüvvələrə missiya baxımından kritik məlumatlar təqdim edən qabaqcıl sabit və mobil yer sistemləri təqdim etmək imkanlarını artırmaq üçün nəzərdə tutulub.
Yeni müəssisədə hazırlanan sistemlər kosmosun müşahidəsi, raket xəbərdarlığı və müdafiəsi, peyk əməliyyatları və real vaxt rejimində məlumatların işlənməsi də daxil olmaqla çoxsaylı milli təhlükəsizlik missiyalarını dəstəkləyəcək.
“Northrop Grumman” şirkətində faydalı yük və peyk sistemlərindən məsul vitse-prezident Murali Krişnan açılışla bağlı bildirib: “Highfield” inteqrasiya müəssisəsi Koloradodakı mövcud bir milyon kvadratmetrlik infrastrukturumuza əlavə olunur və geniş miqyasda inkişaf etmiş yer sistemləri təqdim etməyə imkan yaradır. Bu, ABŞ üzrə müştərilərimizin tələblərinə uyğun olaraq innovasiyanı necə irəli apardığımızın daha bir nümunəsidir”.
Yeni müəssisənin “Northrop Grumman”ın ABŞ Müdafiə Nazirliyinin dəyişən tələblərini qarşılamaq üçün infrastruktur yatırımlarını davam etdirməsinin bir əlaməti olduğu bildirilib.
Taktiki peyk sistemləri bağlantının məhdud ola biləcəyi, lakin vaxtında və çevik məlumatların həyati əhəmiyyət daşıdığı mühitlərdə mühüm rol oynayır.
Sevinc Əliyeva
Ordu.az