Britaniya ABŞ-dən nüvə silahı daşıya bilən F-35A qırıcıları alacaq

2024/12/1733298777.jpg
Oxunub: 361     04:24     25 İyun 2025    
Böyük Britaniya ABŞ-dən B61-12 taktiki termonüvə bombaları daşıya bilən 12 ədəd F-35A qırıcısı alacaq.

Ordu.az-ın xəbərinə görə, bu barədə Baş nazir Key Starmerin Dəftərxanasının açıqlamasında bildirilir.

"Radikal qeyri-müəyyənlik əsrində biz artıq dünyanı adi hal kimi qəbul edə bilmərik, buna görə də mənim hökumətim milli təhlükəsizliyimizə sərmayə qoyur", - Britaniya hökumətinin başçısı bildirib.

“The Times” qəzeti qeyd edib ki, Böyük Britaniyanın böhran zamanı belə silahlardan NATO missiyaları çərçivəsində istifadə edə biləcəyi planlaşdırılır. Nəşrin məlumatına görə, Londonun təkliflərinə əsasən, ABŞ-nin nüvə silahları 2008-ci ildən ilk dəfə Böyük Britaniya ərazisində yerləşdiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   ABŞ   F-35A  


Bizi "telegram"da izləyin