Ordu.az-ın məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (24 iyun) Malayziya baş naziri Ənvər İbrahimlə telefon söhbətində deyib.
Onun sözlərinə görə, İranın ABŞ-nin İrana hərbi hücumuna reaksiyasından sonra atəşkəs təklifi irəli sürülüb. İran haqlı hüququnu reallaşdırmaq üçün dialoq aparmağa hazırdır.
Pezeşkian İranın mövqeyini dəstəklədiyinə görə Malayziyaya təşəkkürünü bildirib.
Pezeşkian deyib ki, İran qonşu və region ölkələri ilə əlaqələri inkişaf etdirmə və münasibətləri gücləndirmək ardıncadır. İran ABŞ-nin hücumuna reaksiya vermək üçün məcburi şəkildə, istəmədən dost və qardaş Qətərdə ABŞ hərbi bazasına hücum etdi. Lakin bu məsələ heç bir vəchlə Qətərlə qarşılaşmaq mənasında deyil.
Telefon söhbətində Malayziya baş naziri Ənvər İbrahim də İranın mövqeyini dəstəklədiyini və özünümüdafiə haqqının olduğunu bildirib.
Ordu.az