Ordu.az-ın məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (24 iyun) Oman Sultanı Heytəm Bin Tariq Al Səidlə telefon söhbətində deyib.
Onun sözlərinə görə, İran bütün qonşu və region ölkələrini dost ölkələr hesab edir, həmçinin heç bir vəchlə onlarla qarşılaşmaq niyyətində olmayıb və belə bir niyyəti yoxdur.
Pezeşkian deyib ki, İran heç vaxt öz haqlı hüququndan vaz keçməyəcək. Eyni zamanda Omanın müzakirələrin həyata keçirilməsi prosesindəki həmrəyliyini heç vaxt unutmayacaq və gələcəkdə də Omanın köməkliyindən faydalanacağına ümid bəsləyir.
Telefon söhbətində Oman Sultanı Heytam Bin Tariq Al Səud da bildirib ki, Oman İranın Qətərə qarşı hücum planı olmadığını qəbul edir, Qətər isə İranın belə bir niyyətinin mövcud olmadığına inanır.
Ordu.az