Ordu.az bu barədə İsrail baş nazirinin ofisinə istinadən xəbər verir.
İsrail ordusu atəşkəs rejiminin qüvvəyə minməsindən sonra İran tərəfindən həyata keçirilmiş iki raket hücumuna cavab olaraq Tehranın yaxınlığında yerləşən radiolokasiya stansiyasına (RLS) zərbə endirmişdi. Məlumatı İsrailin baş naziri Benyamin Netanyahunun ofisi də təsdiqləmişdi.
Bəyanatda vurğulanır ki, hücum yalnız həmin hədəflə məhdudlaşıb.
“ABŞ Prezidenti Donald Tramp ilə Baş nazir Netanyahu arasında baş tutan telefon danışığından sonra İsrail əlavə zərbələrdən çəkinib”, – bəyanatda deyilir.
Ordu.az