F-35-in TR-3 modernizasiyası tamamlandı: “Block 4” üçün say geri sayım başladı

2025/06/1750770549.jpg
Oxunub: 481     18:21     24 İyun 2025    
“Lockheed Martin” şirkəti F-35 “Lightning II” döyüş təyyarəsi üçün hazırladığı TR-3 modernizasiya proqramını tamamladığını və sistemin döyüş tapşırıqlarını dəstəkləyə biləcək sabit konfiqurasiyaya çatdığını bildirib.

Ordu.az xəbər verir ki, “2025 Paris Air Show” sərgisində çıxış edən “Lockheed Martin” rəhbərləri TR-3 konfiqurasiyasının əməliyyat hazırlığına çatdığını bəyan ediblər.

F-35 Proqramı üzrə Biznesin İnkişafı üzrə vitse-prezident J.R. MakDonald sistemin sabit işlədiyini qeyd edib. Lakin “Lockheed Martin” ABŞ hökumətinin təsdiq tarixini açıqlamayıb.

TR-3 proqramının ilkin olaraq 2023-cü ilin aprelində istifadəyə verilməsi planlaşdırılırdı. Lakin avadanlıq və proqram təminatı inteqrasiyasındakı gecikmələrə görə 2023-cü ilin iyulundan etibarən TR-3 konfiqurasiyalı təyyarələrin təhvili dayandırıldı.

TR-3 proqramı 75 avadanlıq və proqram təminatı təkmilləşməsini əhatə edir. TR-2 ilə müqayisədə 25 dəfə daha güclü emal imkanına malik mərkəzi prosessor, yeni kabin ekranları, yüksək yaddaş tutumu və daha sürətli tapşırıq yeniləmələri sistemə daxil edilib. Artan emal gücü sistemin süni zəka funksiyalarına uyğunluğunu təmin edib.

TR-3 modernizasiyası radar, sensor sistemləri, radioelektron müharibə və silah inteqrasiyasını əhatə edən “Block 4” proqramı üçün əsas infrastruktur rolunu oynayır. Bu memarlıq tapşırıqların daha sürətli yenilənməsi və məlumatların inkişaf etmiş şəkildə birləşdirilməsi imkanlarını təmin edir.

“Lockheed” rəhbərləri “Block 4” proqramını “tarixdəki ən iddialı döyüş təyyarəsi modernizasiyası” adlandırır. “Block 4” ilə birlikdə AN/APG-81 əvəzinə AN/APG-85 radarı, AIM-260 JATM, MBDA “Meteor”, AGM-88G AARGM-ER və Norveç istehsalı JSM kimi yeni silah sistemləri inteqrasiya ediləcək.

Bundan əlavə, inkişaf etmiş “stealth” örtüyü, yeni inteqrasiya olunmuş optik müşahidə sistemi və “ThNDR” lazer əsaslı IR əleyhinə müdafiə sistemi də platformaya daxil ediləcək. “Pratt & Whitney F135” mühərriki üçün nüvə modernizasiyası ilə 50% daha çox itələmə və soyutma səmərəliliyi planlaşdırılır. AETP çərçivəsində hazırlanmış XA100 mühərriki isə yüksək xərc və inteqrasiya riski səbəbindən seçilməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-35   TR-3   Block-4  


Bizi "telegram"da izləyin