SEPAH ötən gecə İsrailə 14 raket atıldığını bəyan edib

2025/06/1750435084.jpg
Oxunub: 352     15:49     24 İyun 2025    
İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) ötən gecə İsrailə qarşı hava hücumunda 14 raketdən istifadə edib.

Ordu.az-ın məlumatına görə, bununla əlaqədar İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) “Doğru Vəd III” əməliyyatının 21-ci etapı ilə bağlı bəyanat verib.

Bəyanata əsasən, bu etapda İsrailin hərbi mərkəzləri və təchizat bölmələri atəşə tutulub.

SEPAH bildirir ki, İran Silahlı Qüvvələri tam hazır vəziyyətdə, sayıq şəkildə qarşı tərəfin hərəkətlərini izləməkdədir.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   İsrail  


Bizi "telegram"da izləyin