ICEYE ilə razılaşma imzalayan Niderland ilk hərbi peyk proqramına başladı

2025/06/1750761879.jpg
Oxunub: 348     16:00     24 İyun 2025    
Niderland Kral Hərbi Hava Qüvvələri (RNLAF) Avropa məkan və müdafiə texnologiyaları şirkəti ICEYE ilə kosmos əsaslı Kəşfiyyat, Müşahidə və Araşdırma (ISR) imkanlarını təmin etmək məqsədilə mühüm bir razılaşma imzalayıb.

Ordu.az xəbər verir ki, bu tərəfdaşlıq Niderlandın milli müdafiə və kosmos strategiyalarında mühüm bir mərhələni təmsil edir və ölkənin əməliyyat yönümlü hərbi peyk missiyalarına daxil olduğunu göstərir.

Müqavilə çərçivəsində ICEYE 25 santimetr həll etmə gücünə sahib dörd sintetik diafraqmalı radar (SAR) peyki, Niderlandda sabit bir yer stansiyası və antenlə yanaşı, süni zəka ilə dəstəklənən avtonom görüntü kəşfiyyat mərkəzinə sahib mobil yer vahidini də əhatə edən geniş bir ISR paketi təqdim edəcək.

Razılaşma həmçinin ICEYE-nin mövcud SAR peyk konstellasiyasından məlumatlara çıxışı da əhatə edir.

Niderland ICEYE-ni seçməklə yalnız hərbi kosmos hədəflərini sürətləndirmir, eyni zamanda yerli yüksək texnologiyalı ekosistemi də gücləndirir.

Tərəfdaşlığın Hollandiyanın sənayesi ilə əməkdaşlığı inkişaf etdirəcəyi və peyk texnologiyası, məlumat emalı və süni zəka əsaslı müdafiə analitikası sahələrində yeni imkanlar yaradacağı gözlənilir.

Avropalı müdafiə tərəfdaşları arasında kosmos əsaslı kəşfiyyat məlumatlarının toplanması sahəsində inkişaf etmiş qarşılıqlı fəaliyyət və kollektiv dayanıqlıq üçün zəmin yaradan bu razılaşma, eyni zamanda Avropanın geniş təhlükəsizlik mühiti baxımından strateji əhəmiyyət kəsb edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ICEYE   Niderland  


Bizi "telegram"da izləyin