Ordu.az-ın məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi bu gün Qətər baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd Bin Əbdürrəhman Al Tani ilə telefon söhbətində deyib.
Onun sözlərinə görə, İranın Qətərlə möhkəm və dostluq münasibətlərini nəzərə alaraq əlaqələrin inkişaf etdirilməsi diqqət mərkəzindədir.
Araqçi bildirib ki, 22 iyun tarixində ABŞ-nin İranın ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi təcavüzə reaksiya olaraq İran ABŞ-yə məxsus “Əl-Üdeyd” hərbi bazasına raket əməliyyatı keçirib və İranın bu addımı heç vaxt dost və qardaş Qətər dövləti əleyhinə addım kimi qiymətləndirilməməlidir.
İranlı nazir əlavə edib ki, İran region ölkələri ilə məsləhətləşmələr apararaq, İranla region ölkələri arasında dostluq münasibətlərinin heç vaxt mənfi situasiya ilə üzləşməsinə icazə verməyəcək.
Araqçi İsrail və ABŞ-nin İrana hücumları ilə əlaqədar Qətər dövlət rəsmilərinin mövqeyini alqışlayıb və regionda gərginliyin artmasının qarşısının alınmasına kömək istiqamətində Qətərin konstruktiv səylərini təqdirəlayiq adlandırıb.
Telefon söhbətində Qətər baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd Bin Əbdürrəhman Al Tani də ölkəsinin regionda sülh və stabilliyin qorunması istiqamətində konstruktiv rola sahib olmaq üçün səylər göstərdiyini qeyd edib.
Ordu.az