İraqdakı hərbi bazalar PUA hücumuna məruz qalıb

2025/06/1750755211.jpg
Oxunub: 334     12:47     24 İyun 2025    
İraq ərazisində ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hərbçilərinin olduğu hərbi bazalar çərşənbə axşamına keçən gecə pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə baş nazirin rəsmi nümayəndəsi Sabah ən-Numan bildirib.

"Bu gecə kamikadze dronları İraqın bir sıra hərbi obyektlərinə və bazalarına zərbələr endirib. Taci və Əli hərbi bazalarındakı radiolokasiya sistemləri daha çox zədələnib. İraqın digər dörd hərbi obyektinə hücum etməyə cəhd göstərən PUA-ları isə vurmaq mümkün olub", - INA agentliyi ən-Numanın sözlərindən sitat gətirir.

Baş nazirin nümayəndəsi vurğulayıb ki, pilotsuz uçuş aparatlarının hücumu nəticəsində insan itkisi yoxdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   PUA   Baza  


Bizi "telegram"da izləyin