Ordu.az xəbər verir ki, şirkət ətraf mühit, sosial məsuliyyət və idarəetmə (ESG) meyarlarında göstərdiyi yüksək performansla davamlılıq sahəsindəki qətiyyətini bir daha nümayiş etdirdi.
ASELSAN baş direktoru Ahmet Akyol bu barədə açıqlamasında davamlılığın müəssisənin əsas strateji prioritetlərindən biri olduğunu bildirib: “Bütün fəaliyyətlərimizdə davamlılığı əsas dəyər olaraq görür, iş fəaliyyətlərimizin mərkəzinə alırıq. Bu prosesi yalnız korporativ töhfə kimi deyil, eyni zamanda dəyər zəncirimizdə fərqindəlik yaradan bir inkişaf sahəsi olaraq qiymətləndiririk”.
Akyol ASELSAN-ın 2050-ci il üçün sıfır karbon emissiyası hədəfinə doğru müəyyən etdiyi ekoloji davamlılıq yol xəritəsinə də toxunaraq bildirib: “Korporativ risk və fürsət analizləri ilə formalaşdırdığımız strategiyamızda, inteqrə olunmuş davamlılıq yanaşmamızı hər səviyyədə həyata keçiririk. Bu günümüzü təhlil edərkən gələcəyimizi planlaşdırır, bütün əməliyyatlarımızı bu baxışla davam etdiririk”.
Korporativ davamlılıq şirkətlərin uzunmüddətli dəyər yaratmaq məqsədilə iqtisadi, ekoloji və sosial faktorları korporativ idarəetmə prinsipləri ilə birləşdirməsini və bu çərçivədə yarana biləcək riskləri idarə etməsini ifadə edir.
“BIST Sürdürülebilirlik Endeksi” şirkətlərin ESG risklərinə qarşı hazırladıqları siyasətləri qiymətləndirən və davamlılıq performanslarına dair şəffaf bir göstərici təqdim edən bir platforma olaraq 2014-cü ildən bəri hesablanır. “Sürdürülebilirlik 25 Endeksi” isə bu sahədə yüksək performans göstərən, həmçinin böyük və likvid şirkətlərin daxil olduğu seçilmiş siyahını təşkil edir.
İndeksə daxil olan şirkətlər ümumi davamlılıq balının 70, hər bir əsas başlıq balının 60, ən azı səkkiz kateqoriya balının isə 50-nin üzərində olması meyarlarına görə seçilir. ASELSAN bu çərçivədə ətraf mühit, sosial və idarəetmə sahələrinin hamısında ən yüksək balları alaraq indeksin zirvəsində yer alıb.
Sevinc Əliyeva
Ordu.az