Ordu.az ASELSAN-a istinadən xəbər verir ki, KAAN üzərində yerləşəcək bir çox avionik sistem milli olaraq hazırlanıb. Bu sayədə təyyarə həm müstəqil, həm də yüksək performanslı olacaq.
ASELSAN, KAAN döyüş təyyarəsi üçün hazırladığı sensor, naviqasiya, rabitə, identifikasiya və silah yüklərini “Paris Airshow 2025” sərgisində təqdim edib.
Şirkət, eyni zamanda KAAN üçün hazırladığı ASELPOD hədəfləmə sisteminin daha təkmilləşdirilmiş versiyasını da nümayiş etdirib. Yeni pod gecə və gündüz şəraitində dəqiq hədəfləmə imkanı təqdim edir.
ASELSAN tərəfindən hazırlanan bu sistemlər Türkiyənin müdafiə sənayesində tam müstəqillik hədəfi istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilir. Layihə yüksək yerlilik faizi ilə diqqət çəkir.
Sevinc Əliyeva
Ordu.az