TUSAŞ T-70 sinfində yeni 10 tonluq ümumi məqsədli helikopter dizaynının ilk modelini təqdim edib

2025/06/1750675302.jpg
Oxunub: 631     17:41     24 İyun 2025    
Türkiyə Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) Paris Aviasiya Sərgisində T-70 sinfində yeni 10 tonluq ümumi məqsədli helikopter dizaynının ilk modelini təqdim edib.

Ordu.az xəbər verir ki, bu helikopterin ilk uçuşunun 2026-cı ilin sonunda başlaması, tədarüklərin isə 2028-ci ildə başlanması gözlənilir.

TUSAŞ daha əvvəl 2023-cü ildə keçirilən Paris Sərgisinə maksimum qalxma çəkisi 11,5 ton olan helikopterin maketini gətirib.

Ümumilikdə 109 ədəddən ibarət olan və "Sikorsky" ilə həyata keçirilən Ümumi Məqsədli Helikopter Layihəsində T-70 modelinin tədarüklərinin 38 aya başa çatdırılması TUSAŞ-ı yerli istehsala yönəldib.

Maksimum uçuş çəkisi 10 ton olacaq helikopter üçün bəzi dizayn dəyişiklikləri edilib.

Məlumata görə, 109 ədədlik ehtiyacı daxili imkanlarla qarşılayacaq TUSAŞ ilk mərhələdə helikopteri Ukrayna mühərriki ilə gücləndirməyi hədəfləyir.

Daha sonra Türkiyə Müdafiə Sənayesi Komitəsi ilə hazırda TEI tərəfindən istehsal olunan "General Electric T700"ə bənzər mühərrikin hazırlanması ilə bağlı danışıqlar aparılır.

Yeni 10 tonluq helikopterin Türkiyə Silahlı Qüvvələrinin inventarında olan və 2030-2040-cı illər arasında xidmətdən çıxarılacaq S-70-lərin yenilənməsi üçün də istifadə edilməsi planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TUSAŞ   T-70   Helikopter  


Bizi "telegram"da izləyin