"ABŞ nüvə bombasını Tehranın əlindən aldı" - Tramp

2025/06/1750480029.jpg
Oxunub: 452     23:02     22 İyun 2025    
ABŞ İrana qarşı uğurlu hərbi əməliyyat keçirdi və nüvə bombasını Tehranın əlindən aldı.

Ordu.az xəbər verir ki, bu fikri ABŞ prezidenti Donald Tramp “Truth Social”da paylaşımında bildirib.

“Dünən biz bombanı onların əlindən alaraq, təsirli bir hərbi uğur əldə etdik. Onlar bacarsaydı, bundan istifadə edərdilər!. Dünənki hücum Vaşinqton üçün tam və mütləq qələbə idi”, - deyə o bildirib.

Tramp Amerikanın İrana zərbələrini ölkə konstitusiyasının pozulması adlandıran ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü Tomas Massini kəskin tənqid edib. Prezident respublikaçıların praymerizlərində partiya yoldaşının rəqibini dəstəkləyəcəyini bildirib.

Qeyd edək ki, cari ilin mart ayında ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard deyib ki, ölkənin kəşfiyyat orqanları Tehranın nüvə silahı yaratmaq üzərində işlədiyinə dair heç bir sübut görmürlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tramp  


Bizi "telegram"da izləyin