Kanada ABŞ-ın etirazına görə Ukrayna ilə bağlı birgə bəyanatdan imtina edib

2024/10/1729746163.jpg
Oxunub: 384     01:34     18 İyun 2025    
G7 sammitinə ev sahibliyi edən Kanada, Birləşmiş Ştatların etirazı səbəbindən Ukrayna ilə bağlı birgə bəyanatın qəbulundan imtina edib.

Ordu.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Kanadanın rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

Sammitin Kanadanın Kananasqis şəhərində keçirilən son günündə G7 liderləri altı ayrı birgə bəyanat qəbul ediblər. Sənədlər nadir metallar, süni intellekt, kvant texnologiyaları, qanunsuz miqrasiya, meşə yanğınları ilə mübarizə və transmilli repressiyalara qarşı tədbirlərə həsr olunub.

Bundan əlavə, 16 iyun tarixində onlar İran-İsrail münaqişəsinə dair ayrıca bəyanat üzərində də razılığa gəliblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin