Çin lideri İsrailin İrana hücumlarından narahatdır

2022/10/1665903218.jpg
Oxunub: 451     16:09     17 İyun 2025    
“Pekin İsrailin İrana qarşı hərbi əməliyyatları nəticəsində Yaxın Şərqdə gərginliyin qəfil artımından narahatdır”.

Ordu.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin Qazaxıstanda keçirilən Çin-Orta Asiya sammitində çıxışında deyib.

Si Cinpin bildirib ki, rəsmi Pekin İsrailin İrana qarşı hərbi əməliyyatları nəticəsində Yaxın Şərqdə gərginliyin qəfil artımından narahatdır. Çin lideri əlavə edib ki, regionda gərginliyin ən qısa müddətdə azaldılması üçün bütün maraqlı tərəflər əməkdaşlıq etməlidir.

“Çin digər ölkələrin suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü pozan hər növ hərəkətə qarşıdır və hərbi münaqişə həll yolu deyil”, - o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   İsrail   İran  


Bizi "telegram"da izləyin