Ordu.az-ın məlumatına görə, bunu Finlandiya Prezidenti Aleksandr Stubb Yaponiyanın NHK telekanalına müsahibəsində deyib.
“Hazırda qoşun göndərmək planı yoxdur”, - o deyib.
Prezidentin fikrincə, onun ölkəsi şimal-şərqi Avropada mühafizə ilə məşğul olmalıdır.
Bundan əvvəl ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq bildirib ki, Vaşinqton Rusiya-Ukrayna münaqişəsinin həlli planını müzakirə edir. Plana əsasən, Dneprdən qərbə mühafizə qüvvələri yerləşdiriləcək. Onun sözlərinə görə, mühafizə qüvvələrinin heyətinə Avropanın dörd ölkəsinin - Böyük Britaniya, Polşa, Fransa və Almaniyanın kontingenti daxil olacaq.
Ordu.az