Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti “X” sosial şəbəkəsində paylaşım edib.
“İran atəşkəs razılaşmasını imzalayıb. Biz öhdəliklərimizi yerinə yetirmişik. Əgər anlaşma memorandumunun necə tətbiq olunması ilə bağlı fikir ayrılığı varsa, sadəcə telefonu götürüb bizə zəng edə bilərlər”, - deyə Vens qeyd edib.
Bununla yanaşı, o xəbərdarlıq edib ki, güc tətbiq ediləcəyi təqdirdə ABŞ də cavab verəcək.
“Lakin zorakılığa zorakılıqla cavab veriləcək”, - deyə ABŞ-nin vitse-prezidenti vurğulayıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) daha əvvəl Tehranın Hörmüz boğazı bölgəsində ticarət gəmisinə hücumundan sonra İranda yerləşən obyektlərə zərbələr endirdiyini açıqlamışdı.
Bundan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Sirik adası yaxınlığında İran sahillərinə endirilən ABŞ zərbələrinə cavab olaraq bölgədə ABŞ hərbçilərinin yerləşdiyi obyektlərə hücumlar həyata keçirdiyini bəyan etmişdi.
Sevinc Əliyeva
Ordu.az