Rusiyanın Krasnoyarsk şəhərinin meri saxlanılıb

2025/06/1749454019.jpg
Oxunub: 341     10:17     09 İyun 2025    
Rusiyanın Krasnoyarsk şəhərinin meri Vladislav Loginov saxlanılıb.

Ordu.az xəbər verir ki, bu barədə yerli KİV hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Bildirilib ki, Krasnoyarsk meri rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Mer saxlanılandan sonra Krasnoyarsk administrasiyasında axtarışlar aparılır.

Barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün Loginovun Moskvaya "etap" olunacağı bildirilib.

Qeyd edək ki, Krasnoyarsk Rusiyanın altıncı, Sibir regionunun isə ən böyük şəhəridir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Krasnoyarsk  


Bizi "telegram"da izləyin