Aİ iyunun 20-də yeni sanksiyalar paketi üzrə səsvermə keçirə bilər

2025/06/945c6-1749452225.jpg
Oxunub: 326     10:34     09 İyun 2025    
Avropa İttifaqı (Aİ) iyunun 20-də Rusiyaya qarşı yeni sanksiyalar paketi üzrə səsvermə keçirə bilər.

Ordu.az-ın məlumatına görə, bu barədə “Politico" qəzeti diplomatik mənbəyə istinadən yazır.

"Əgər ABŞ koordinasiyalı yanaşmaya razılıq versə, növbəti sanksiyalar paketi artıq iyunun 20-də səsverməyə çıxarıla bilər", - məlumatda bildirilib.

Qeyd olunub ki, Aİ ABŞ-dən siqnal gözləyir. Bu siqnal iyunun 15-17-də Kanadada keçiriləcək G7 sammitində verilə bilər.

Daha əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ senatoru Lindsi Qremə Rusiyaya qarşı yeni sanksiyaların koordinasiyalı şəkildə tətbiq edilməsinin zəruriliyini bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Komissiyası   ABŞ  


Bizi "telegram"da izləyin