Polşa Rusiyanın fəallığına görə təyyarələrini havaya qaldırıb

2025/06/1749443359.jpg
Oxunub: 505     07:37     09 İyun 2025    
Polşa müttəfiqləri ilə birlikdə Rusiya Federasiyasının fəaliyyəti ilə əlaqədar növbətçi döyüşçü qırıcıları havaya qaldırıb.

Ordu.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı “X”də məlumat yayıb.

Məlumata görə, Polşa hava məkanında "Rusiya Federasiyasının Ukrayna ərazisində intensiv hava hücumu ilə əlaqədar" özünün və müttəfiqin təyyarələrini səmaya qaldırıb.

Qeyd edək ki, bazar ertəsi gecə Ukraynanın bütün ərazisində hava həyəcanı elan edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Rusiya  


Bizi "telegram"da izləyin