Rusiyanın bir sıra hava limanlarında uçuş məhdudiyyətləri ləğv edilib - YENİLƏNİB

2023/08/1691740595.jpg
Oxunub: 401     08:12     09 İyun 2025    
Rusiyanın dörd şəhərinin hava limanları təyyarələrin eniş-uçuşuna qoyulan məhdudiyyətləri aradan qaldırıb.

Ordu.az-ın Rusiya Aviasiyasının Mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nijni Novqorod, Saratov, Tambov və Kazan hava limanlarında uçuşlar bərpa edilib.

"Məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib", - məlumatda deyilir.

***

Rusiyanın Kazan, Nijni Novqorod, Saratov və Tambov şəhərlərindəki hava limanları uçuşların təhlükəsizliyini təmin etmək üçün müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir.

Bu barədə Ordu.az Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

"Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Kazan, Nijni Novqorod (Strigino), Saratov (Qaqarin), Tambov (Donskoye) hava limanlarında onların qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Hava limanları müvəqqəti olaraq uçuşları qəbul etmir və göndərmir", - məlumatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Hava-limanı  


Bizi "telegram"da izləyin