ABŞ BMT-nin Müvəqqəti Qüvvələrinin Livandakı mandatını uzatmağı planlaşdırmır

2025/06/1749443089.jpg
Oxunub: 356     05:34     09 İyun 2025    
ABŞ və İsrail BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) mandatını dayandırmaq barədə razılığa gəliblər.

Ordu.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

“ABŞ administrasiyası UNIFIL-in mandatını uzatmamaq qərarına gəlib və İsrailin onu başqa cür razı salmağa heç bir cəhd göstərmədiyi bildirilir”, - “The Jerusalem Post” yazıb.

“The Times of Israel” isə yazır ki, BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) mandatı ilə bağlı səsvermə avqustda təşkilatın Təhlükəsizlik Şurasında keçirilməlidir və ABŞ sadəcə olaraq növbəti qətnaməyə veto qoya bilər.

Nəşrin mənbələrinin bildirdiyinə görə, ABŞ hələ UNIFIL-ə dəstək barədə qərar qəbul etməyib, lakin ciddi islahatlar görmək istəyir ki, bu da belə dəstəyi geri götürmək anlamına gələ bilər.

UNIFIL-in mandatı hər il BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə verilir, o, 1978-ci ildə yaradılıb. Bu arada, israilli jurnalistlər qeyd ediblər ki, ABŞ, İsrail və BMT-dən UNIFIL ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   BMT   Livan  


Bizi "telegram"da izləyin