ABŞ-də sərnişin təyyarəsi qəzaya uğrayıb, xəsarət alanlar var

2025/06/1749442278.jpg
Oxunub: 336     01:17     09 İyun 2025    
ABŞ-nin Tennessi ştatında sərnişin təyyarəsi qəzaya uğrayıb.

Ordu.az-ın xəbərinə görə, bu barədə CNN ştatın yol patrul xidmətinə istinadən məlumat yayıb.

İlkin məlumata görə, hadisə zamanı təyyarədə 16-20 nəfər olub. Zərərçəkənlərin bəziləri helikopterlərlə yaxınlıqdakı tibb müəssisələrinə təxliyə edilib, digər zərərçəkənlərə isə hadisə yerində yardım göstərilib. Yaralıların dəqiq sayı açıqlanmır.

CNN-in məlumatına görə, qəzaya uğrayan təyyarə paraşütlə tullanmalar üçün istifadə edilib.

Hadisənin təfərrüatı və zərərçəkənlərin sayı dəqiqləşdirilir. Xilasetmə xidmətləri qəza yerində işlərini davam etdirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Təyyarə   Qəza  


Bizi "telegram"da izləyin