Macarıstanın Baş naziri: Rusiya əleyhinə sanksiyalara görə 20 milyard avro itirmişik

2024/11/1730885014.jpg
Oxunub: 346     00:24     09 İyun 2025    
Rusiyaya qarşı sanksiyalar Macarıstana və bütövlükdə Avropaya pis təsir göstərir.

Ordu.az-ın xəbərinə görə, bunu Macarıstanın Baş naziri Viktor Orban Fransanın LCI telekanalına müsahibəsində deyib.

"Rusiya əleyhinə sanksiyalar Macarıstanı və bütün Avropanı dağıdır. Sanksiyalara görə üç ildə 20 milyard avro itirmişik. Bu, Macarıstan üçün əhəmiyyətli məbləğdir", - Orban qeyd edib.

O, həmçinin bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Macarıstana səfər etmək qərarına gəlsə, ölkə onu layiqincə qəbul edəcək. "Rusiya Prezidenti Macarıstana gəlmək istəsə, o, layiqincə qarşılanacaq", - Macarıstan hökumətinin başçısı bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Macarıstan  


Bizi "telegram"da izləyin