Ordu.az "Reuters"a istinadən xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso bildirib.
“Əgər bizim üçün zərərli ola biləcək sanksiyalar qəbul olunarsa, mən onlara heç vaxt səs verməyəcəyəm,” – deyə Slovakiya hökumətinin başçısı vurğulayıb.
O, həmçinin Slovakiyanın atom elektrik stansiyaları üçün Rusiyadan yanacaq idxalına qoyula biləcək məhdudiyyətlərlə razılaşmadığını bildirib.
Fitso qeyd edib ki, bu cür tədbirləri dəstəkləyə bilməz, çünki onlar ölkəsinin maraqlarına ziddir.
Ordu.az